Yeni Opel Mokka, yalnız zəruri minimum məlumatları göstərəcək Pure Panel rəqəmsal kokpitini alan ilk alacaqdır. Şirkət tərəfindən bu panelin hansı formada olacağını nümayiş etdirən dizayner eksizi yayımlanıb.
Pure Panel ("Təmiz panel") kokpiti Opel şirkətinin dizayn fəlsəfəsinin bir hissəsidir. Bu panel ilk dəfə, 2018-ci ilin Opel GT X Experimatntal konseprində nümayiş etdirilmişdir. Interfeys, "görmə detoksifikasiyası" adlı yeni dizayn fəlsəfəsi çərçivəsində hazırlanmışdır
Panel sadə, təməl formaların istifadəsinə əsaslanır və yalnız gərək olan məlumatı əks etdirir. Üstəlik, interyerdə fiziki düymələrin sayını minimuma endirir. Beləliklə, istehsalçınin bildirdiyinə görə, "rəqəmsallaşdırma və intuitiv idarəetmə arasında ideal tarazlığına nail olunur". Kokpit, vahid element şəklində birləşdirilmiş və ən sadələşdirilmiş naviqasiya olan, eyni zamanda yalnız sürücüyə lazım olan məlumatları göstərən iki displeydən ibarətdir. Məsələn, söhbət krossoverin elektrik versiyasından gedirsə, güc ehtiyatı nümayiş etdiriləcəkdir.