Opel şirkəti Adam ailəsinin fərdlərinin sayını artırmaqda davam edir. Bu yaxınlarda alman şirkəti Adam Unlimited və Adam Rocks Unlimited modellərini təqdim etmişdir. Opel nümayəndələri Adam ailəsinin yeni üzvlərinin, adındakı indeksdən də göründüyü kimi , fərdiləşdirmənin «tamamilə yeni səviyyəsini» təklif etdiklərini və alıcılara avtomobillərini, məhdudiyyət tanımadan, öz zövqlərinə görə yaratmaq imkanı verdiyni deyirlər Almanlar dəqiq məlumat verməsələr də, alıcıların kuzovun, disklərin və interyerin rəngini seçmək şansının olduğunu bildirirlər.
Qəribə görünsədə, Opel alcıların kimi isə heyrətləndirəcək və yaxud təəccübləndirəcək seçim edə biləcəklərini xüsusi ilə vurğulayır. Misal üçün, sifarişçı kuzovu narıncı Orange Alert rənginə, damı isə yaşıl Dancing Green rənginə boyaya bilər.
Belə alabəzək avtomobili xrom qapı dəstəkləri, «isveç bıçağı» üslubunda disklərlə, karbondan haırlanmış radiator barmaqlığı və güzgü korpusları da daxil olmaqla xüsusi karbon dəsti ilə də təchiz etmək olar.
İlk baxışdan interyerdəki fərdiləşmə elementlərinin sayı az görünsə də, Opel nümayəndələri kandarlar üçün xüsusi lövhələrin təklif edildiyini və böyük çeşiddə interyer örtüklərindən seçmək imkanının olduğunu bildirirlər.
Alıcılar həmçinin, Opel OnStar peyk sistemini, TomTom naviqasiya sistemini, Apple CarPlay və Android Auto əlavələrindən isdifadəti təmin edən IntelliLink əyləncə sistemini sifariş etmək şansına malikdirlər.
1,2-litrlik 70 at qüvvəli mühərriklə təchiz edilmiş Opel Adam Unlimited avtomobilinin Almaniyadakı satış qiyməti 14 300 avro təşkil edir.