Opel şirkəti daha bir yeni krossoverin istehsal ediləcəyini təsdiq etmişdir. Bir müddət bundan öncə alman şirkəti Opel Crossland X modelinin buraxılacağını bəyan etmişdir. Opel Grandland X adlandırılacaq orta ölçülü krossover Şkoda Kodiaq modeli ilə rəqabət aparacaqdır.
Hazırda alman istehsalçısı yeni avtomobillərin yeganə tizerini dərc etmişdir. Bu tizerdə Mokka X və Crossland X modeli ilə yanaşı Grandland X modelinin də təsviri vardır. Bildiyimiz kimi, Crossland X krossoveri Meriva minivənini əvəzləyəcəkdir. Opel nümayəndələri Grandland X modelinin «hündür klirensinin, yaxşı görünüşünün və baqaj üçün çoxlu sayda sərbəst məkanın» olduğunu bildirsələr də, krossoverin oturacaqların üçüncü cərgəsi ilə təchiz edilib-edilməyəcəyi barədə məlumat verməmişdirlər. Böyük ehtimalla yeni krossover İnsignia modelinin növbəti nəslinin platformasını, öndən və tam çəkiş sistemini, həmçinin 1,5 - 2,0 litr arasında iş həcmi olan mühərriklər əldə edəcəkdir.
Opel Grandland X modelinin təqdimatının 2017-ci ilin ikinci yarısında keçirələcəyi ehtimal olunur. Opel Crossland X modeli isə bir qədər tez təqdim ediləcəkdir. Bundan sonra, PSA Peugeot Citroen qrupunun platformasında istehsal ediləcək kommersiya avtomobili təqdim ediləcəkdir. 2019-cu ildə iri krossoverin də təqdim olunacağı istisna edilmir.