Alman markası Isuzu ofrouderinin əsasında yaratdığı ilk ofrouderinin məşhur adını yenidən canlandırıb. Lakin Frontera adı çərçivəli ofrouderə deyil, model xəttində Crossland krossoverini əvəzləyəcək yığcam krossoverə verilib. O, ana Stellantis konserninin Smart Car platformasına - CMP arxitekturasının “büdcə” versiyasına əsaslanır. Frontera modelinin mühərrik çeşidinə hibrid və tam elektrik güc qurğuları daxildir.
Frontera modelinin yeni iterasiyasının eksteryer dizaynı CMP platformasına əsaslanan Mokka krossoverinin üslubunda həll edilib. Krossover yeni Opel emblemi və iki işıq zolağı yerləşən firma “vizor” panelini alıb. Opel Frontera modelinin uzunluğu təqribən 4,4 metr təşkil edir. Ölçülərinə görə, Frontera modeli Hyundai Tucson ilə müqayisə oluna bilər.
Salonda iki 10-düymlük ekran, smartfonun simsiz doldurulması üçün bölmə (soyudulan) və bir neçə USB girişi var. Opel şirkəti rahatlığı artıran patentləşdirilmiş Intelli-Seat ön oturacaqlarını xüsusilə qeyd edir. Baqaj bölməsinin tutumu 460 litr təşkil edir, arxa oturacaqların qatlanması halında isə, bu tutum 1600 litrə qədər artacaq. Damda 200 kiloqrama qədər çəkisi olan yükü daşımaq olar.
Hibrid versiya 48 voltluq üstqurum ilə tamamlanan 1,2-litrlik benzin “turboüçlüyü” ilə təklif olunacaq. Altı pilləli preselektiv “robot” ilə tandemdə çalışan qurğunun ümumi gücü 136 at qüvvəsinə bərabərdir. Flaqman elektrik versiyası 156 at qüvvəli mühərrik və 54 kilovat-saatlıq batareya ilə təchiz ediləcək. Frontera alternativsiz ön ötürmə ilə təklif edilir.
Yeni modelin bazara çıxarılmasının dəqiq tarixi hələlik açıqlanmayıb. Satışların 2024-cü ilin yayında başlanacağı gözlənilir. Frontera Opel model xəttində Mokka və Grandland krossoverləri arasında yer tutacaq və Dacia Jogger və Duster modelləri ilə rəqabət aparacaq.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.