Son vaxtlara qədər "qaynar" Opel modelləri OPC (Opel Performance Center) indeksi ilə işarələnirdilər, lakin bu təcrübəyə artıq son verilib və o bərpa edilməyəcəkdir. Onun əvəzinə Opel şirkəti GSe indeksini yenidən canlandırıb. Bu indeks seriya avtomobillərinin idman xarakterli dinamik versiyalarına veriləcəkdir.

Opel şirkəti keçən əsrin 70-ci illərdən bəri GSE indeksindən istifadə edir, lakin o zaman bu indeks Grand Sport Einspritzung (yəni yanacaq püskürtməsi olan mühərrik) kimi açıqlanırdı. İndi isə, GSe indeksi “Grand Sport electric” kimi açıqlanır: belə indeks Opel və Vauxhall modellərinin elektrikləşdirilmiş top versiyalarına veriləcəkdir.

Söhbət təkcə tamölçülü elektromobillərdən deyil, həm də təkrar doldurulan hibridlərdən gedir. Bu çeşidin ilk nümayəndəsi hibrid güc qurğusu ilə təchiz edilən Opel Astra GSe hetçbeki və Astra Sports Tourer GSe universalı olub.

Yeni GSe modeli, yeni nəsil Astra ailəsinin debütü zamanı bəyan edilən, lakin bu günə qədər seriya avtomobillərdə quraşdırılmayan hibrid sistemin ən güclü versiyasını əldə edib. 1,6-litrlik benzin turbomühərriki və elektrik mühərriki ümumilikdə 225 at qüvvəsi hasil edir. Lakin onun fırlanma anı 180 at qüvvəli hibriddə olduğu kimi 360 Nm təşkil edir. Güc aqreqatı səkkiz pilləli “avtomat” ilə tandemdə çalışır, 12,4 kilovat-saatlıq dartma batareyası isə, elektrik rejimində 63 kilometr məsafə qət etməyə imkan verir.

GSe versiyasının əsas xüsusiyyəti idman xarakteristikası olan şassisidir. Avtomobil amplitudadan asılı Koni FSD amortizatorlarını və orijinal yayları alıb, onun klirensi isə, 10 millimetr azaldılıb. Sükan idarəetməsi və əyləclər daha yüksək həssaslığa kökləniblər, eyni zamanda, sabitləşdirmə sisteminin tənizmləmələri də yenidən işləniblər. 

Belə hibridin maksimal sürəti 235 km/saatdır. Bununla belə, “qaynar” modelin 100 km/saata sürətlənmə vaxtı hələlik açıqlanmayıb. Müqayisə üçün, eyni hibrid sistemə malik olan Peugeot 308 modeli bu işə 7,5 saniyə sərf edir. 180 at qüvvəli hibrid isə 100 km/saat həddinə sürətlənməyə 0,1 saniyə daha çox vaxt gərəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Zahiri cəhətdən GSe modifikasiyasını orijinal ön bamperi sayəsində tanımaq olar. 18-düymlük təkər diskləri isə, keçən ilki Opel Manta GSe ElektroMOD konseptinin təkər disklərinə bənzəyirlər. Salonda yan dəstəyi artırılmış ön oturacaqlar quraşdırılıb. İnteryer tərtibatında alkantaradan istifadə olunur, idman mənzərəsini isə, pedalların metal örtükləri  tamamlayır.

Astra GSe və Astra Sports Tourer GSe modellərinin Avropa bazarındakı satışlarına  2023-cü ilin yanvarında başlanmalıdır. Qiymətlər hələlik açıqlanmayıb, lakin Almaniyada 180 at qüvvəli Astra hibiridinin qiyməti 39.000 avrodan başlayır, ona görə də “qaynar” modelin qiymətinin təxminən 45.000 avro başlayacağı ehtinal olunur.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.