Opel şirkəti yeni nəsil Insignia universalının yolsuzluq üçün nəzərdə tutlmuş variantı olan Country Tourer modelini təqdim etmişdir. Yeni modelin kütləvi nümayişi sentyabr ayında işinə başlayacaq Frankfurt avtosalonunda keçiriləcəkdir.
Yolsuzluq üçün nəzərdə tutulmuş model adi universaldan kuzovun müdafiə dəsti və bir qədər dəyişdirilmiş dizaynı ilə seçilir.
Bundan başqa, Opel Insignia Country Tourer 20 millimetr artırılmış klirensə malikdir. Insingia Country Tourer modelinin təchizatına dartma vektoruna nəzarət sistemi olan tam çəkiş sistemi daxil edilmişdir. Universalın arxa hissəsində elektronika ilə idarə edilən iki çoxdiskli mufta yerləşdirilmişdir ki, bu sistem də dartma qüvvəsinin arxa təkərlər arasında bölüşdürülməsinə cavabdehdir.
Opel Insignia Country Tourer modelinin təchizatına işıqdiodlarından hazırlanmış matrisa fənərləri, üç rejimi olan FlexRide adaptiv asma sistemi, proyeksiya displeyi, İntelliLink multimedia sisteminin yeni nəsli, dairəvi görüntü sistemi, aktiv kruiz-kontrol, açarsız giriş, AGR sertifikatına malik anatomik ön oturacaqlar və bütün oturacaqların qızdırılması daxil edilmişdir.
Modelin satışlarına Frankfurt avtosalonundakı təqdimatdan sonra başlanacaqdır.