Opel şirkəti yeni nəsil Opel İnsignia Grand Sport modelinin tam ötürməli çəkiş sistemi barədə ətraflı məlumat dərc etmişdir. İstehsalçının nümayəndələrinin sözlərinə görə, yeni avtomobil üçün xüsusi olaraq hazırlanmış sistem, hetçbeki nəinki daha idman xarakterli, həmçinin daha təhlükəsiz edəcəkdir.
Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi, yeni tam ötürmə sistemi mühəndislər tərəfindən xüsusi olaraq İnsignia modeli üçün yaradılmışdır. Opel mühəndisləri arxa oxda quraşdırılan və elektronika tərəfindən idarə olunan ənənəvi mufta və differensiallardan imtina etmişdirlər. Onların əvəzinə, hər bir təkər üçün ayrıca nəzərdə tutulmuş ikili mufalara əsaslanan Twinster AWD sistemindən istifadə edilir. Alman şirkətində bu sistem «hər bir təkərə göndərilən fırlanma anını dəqiq bölüşdürməyə» imkan yaradacaqdır. Bundan başqa, yeni sistem ənənəvi tam çəkiş sistemindən hiss olunacaq dərəcədə yüngüldür.
Yeni Opel İnsignia Grand Sport modelində dartma qüvvəsinin bölüşdürülməsinə və onun vektorunun idarə edilməsinə elektronika cavabdehdir. Lakin, burada da alman markasının mühəndisləri gözlənildiyindən daha çox yeniliklər etmişdirlər: tam çəkiş sisteminin «elektron beyni» nəinki təkərlərin altında olan yol səhtinin vəziyyətini və hər bir təkərin yerində fırlanmasını müəyyən edəcək, o həmçinin dönmə bucağını və drossel çəpərinin də vəziyyətini hesaba alacaqdır. Bundan başqa, sistem daima əldə edilmiş məlumatları təhlil edəcəkdir. Misal üçün, sistem «virajı qət edən zaman xarici arxa təkərdə dartma qüvvəsini səliqəli şəkildə artıracaq, və yaxud, daxili təkərdəki dartma qüvvəsini azaldacaqdır».
stehsalçı yeniliyin İnsignia modelinə «yolda izafi və ya çatışmayan dönmə xarakteristikaları olmadan daha neytral davranışı» təmin edəcəkdir. Bu zaman sürücü avtomobilə nəzarəti daha asan həyata keçirəcəkdir ki, bu da təhlükəsizliyə müsbət təsir göstərəcəkdir.
Bəzi məlumatlara görə, Opel İnsignia Grand Sport modelinin tam çəkiş sistemi iki iş rejiminə - standart və idman, - malik olacaqdır.
Opel İnsignia Grand Sport modelinin Avropadakı satışlarına bu ilin əvvəllərində başlanmalıdır. Onun kütləvi debütü isə Cenevrə avtosalonunda keçirilməlidir. Sonradan alman istehsalçısı müştərilərə Opel İnsignia Sport Tourer universalının və yolsuzluq üçün nəzərdə tutlan Opel İnsignia Country Tourer modeifikasiyasının yeni nəslini təklif edəcəkdir. Bir müddət sonra İnsignia modelinin «qaynar» OPC variantı da işıq üzü görəcəkdir.