Opel şirkəti Insignia modelinin universal kuzovlu variantı olan Sports Tourer 4x4 modifikasiyasını təqdim etmişdir. Yeni universalın kütləvi təqdimat mərasimi mart ayında Cenevrədə keçiriləcək avtosalonda baş tutacaqdır.

Bununla belə, Opel şirkəti İnsignia Sporst Tourer 4x4 modeli barədə ətraflı məlumat verməkdən imtina etmişdir.

Almanlar yalnız avtomobilin Opel İnsignia Grand Sport modelinin yüngülləşdirilmiş platformasında yığıldığını bildirmişdirlər. Bunun sayəsində universal sələfində 200 kiloqram az çəkiyə malikdir. Eyni zamanda universalın bazası da 92 millimetr artmışdır. Universalın qabarit uzunluğu 4986 millimetr (+73 millimetr) təşkil edir ki, eyni zamanda yeni universal sələfindən 31 millimetr hündürdür. Rəsmi məlumata görə yeni universalın baqaj bölümünün həcmi 520 litr təşkil edir. Arxa cərgənin oturacaqlarının qatlanması halında baqajın həcmi 1638 (+110 litr) litrə qədər artır.

Opsionaal olaraq elektriklə qatlanan arxa oturacaqları və baqaj bölümünün qapağının ayaq hərəkəti ilə açılması sistemini sifariş etmək mümkündür. 

Yeni Opel İnsignia Sports Tourer modelinin mühərrik qamması barədə məlumat verilməmişdir. Qeyri rəsmi məlumata görə, yeni südan 164 at qüvvəsi və 250 Nm fırlanma anı olan 1,5-litrlik və 250 at qüvvəli 2,0-litrlik turbomühərriklərlə təchiz ediləcəkdir. Dizel mühərrikləri cari modeldən tanıdığımız 1,6 və 2,0-litrlik dizel aqreqatları ilə təmsil ediləcəkdirlər. Güc aqreqatlarını 6-pilləli mexaniki və ya 8-diapazonlu avtomatik ötürmələr qutusu ilə sifariş etmək olar. Opel İnsignia modelinin ikinci nəslinin təchizatına işıqdiodlarından hazırlanmış matrisa fənərləri, proyeksiya displeyi, İntelliLink multimedia sisteminin yeni nəsli, dairəvi görüntü sistemi, adaptiv kruiz-kontrol, açarsız giriş, AGR sertifikatına malik anatomik ön oturacaqlar və bütün oturacaqların qızdırılması daxil edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt