Opel şirkəti Corsa hetçbekinin yeni nəsli barədə ilk məlumatı açıqlayıb. Alman markasının nümayəndələri yeni Corsa modelinin sələfindən 108 kiloqram yüngül olacağını iddia edirlər. Ehtimallara görə, altıncı nəsil Opel Corsa hetçbeki bu il təqdim olunmalıdır.
Yeni Opel Corsa əvvəlki qabarit uzunluğunu qoruyub-saxlayacaqdır. 4,06 metrlik beşqapılı hetçbekin ən yüngül modifikasiyasının 980 kiloqram çəkiyə malik olduğu bildirilir. Bu nəticəni əldə etməyə əvvəlkindən 40 kiloqram yüngül olan yeni kuzov yardım edib. Bundan başqa, alüminimdan hazırlanmış kapot 2,4, ön oturacaqlar - 5,5, arxa oturacaqlar - 4,5, tamamilə alüminiumdan hazırlanmış mühərrik isə 15 kiloqram atmağa imkan verib. Bundan başqa, yeni izolyasiya materialları da çəkiyə qənaət etməkdə yardımçı olublar.
Əvvəl də bildirildiyi kimi, yeni Corsa PSA Peugeot Citroen tərəfindən yaradılmış Common Modular Platform (CMP) modul platformasına keçəcəkdir. Hetçbek bu alyansın arsenalında olan benzin və dizel mühərrikləri ilə təklif ediləcəkdir. Sonrada Corsa modelinin tam elektrik versiyasının da debüt edəcəyi gözlənilir.