Opel markası yeni elektromobili haqqında danışıb. Üstəlik, bu bir seriya modeli deyil, 1970-ci ilin Manta kupesinin restomoddur. İstehsalçı layihənin təfərrüatlarını açıqlamasa da, konseptin yeni Opel Crossland və Mokka modellərinin üslubunda tərtib ediləcəyi məlumdur.
Restomodun rəsmi adı Opel Manta GSe ElektroMOD-dur. Bu ad həm 1971-ci ildə Almaniyanın Hokkenheymrinqdə bir neçə dünya sürət rekorduna imza atan eksperimetal Elektro GT elektomobilinə və həm də iki ingilis sözünə işarə edir: modern - müasir və modification - modifikasiya. Təsvirlərə görə, donor Manta dərin transformasiyaya məruz qalacaq və yeni elektrik güc qurğusuna əlavə olaraq "tam rəqəmsal kokpiti" alacaqdır.
Opel Elektro GT
Manta elektrokarının xarici görünüşünün əsas elementi Vizor paneli olacaqdır - artıq bu paneldən yeni Mokka krossoverində istifadə olunur. 2018-ci ildə təqdim olunan "qalxan" şəffaf panellərin altında LED fənərləri, markanın loqotipini və təhlükəsizlik sistemlərinin sensorlarını birləşdirir. Restomoddakı panel orijinal Manta modelinin ön tərəfinin dizaynına əsaslanır.
Elektrik Manta restomodu Manta A-nın ilk versiyasına əsaslanacaqdır. Bu model 1975-ci ilə qədər istehsal edilmiş və həqiqi bir bestseller olmuşdur: beş buraxılış ili ərzində 498 553 avtomobil istehsal edilmişdir.
Opel Manta A
Restomodun hansı güc qurğusunu alacağı hələlik məlum deyil, ancaq elektrokar 60-105 at qüvvəli 1,2-1,9 litrlik mühərriklərlə təchiz edilmiş orijinal avtomobildən daha güclü olacaqdır. Məsələn, restomodu Mokka-e modelindən götürülmüş 136 at qüvvəsi və 260 Nm fırlanma anı hasil edən elektrik mühərriki və 50 kilovat-saatlıq batareya ilə təchiz edə bilərlər.
Şirkət Opel Manta GSe ElektroMOD kupesini minik avtomobillərinin və yüngül kommersiya nəqliyyat vasitələrinin elektrikləşdirilməsi strategiyasının tərkib hissəsi adlandırır. Bu proses 2024-cü ilə qədər tamamlanacaqdır. Bu günə Opel model xəttində Grandland X hibridi, Mokka-e, Corsa-e, Zafira-e Life, Combo-e və Vivaro-e elektromobilləri mövcuddur.