Opel şirkəti bu gün yeni krossoverin ilk tizerini dərc etmişdir. Yeni krossover Opel Crossland X adını almış və PSA Peugeot Citroen konserninin EMP2 platformasında yığılacaqdır. Yeni krossoverin debütü gələn il baş tutacaqdır.
Xatırlatmaq istərdik ki, dörd il bundan öncə General Morots və PSA Peugeot Citroen konsernləri əməkdaşlıq haqqında müqavilə imzalamışdırlar ki, Opel Crossland X modeli də bu əməkdaşlığın ilk bəhrəsi olacaqdır. Yucarıda da qeyd etdiyimiz kimi, Opel Crossland X modeli PSA konserninin EMP2 platformasında yığılmışdır ki, hal-hazırda bu platformada Peugeot və Citrotn markalarının bir çox avtomobilləri istehsal olunur. Misal üçün, Peugeot 3008 krossoverinin ikinci nəsli adı çəkilən platformada yığılmışdır. Rəsmi olaraq Opel Crossland X modeli barədə ətraflı məlumat verilməmişdir. Qeyri-rəsmi mənbələrdən əldə edilmiş məlumata əsasən yeni modelin Opel Meriva mikrovenini əvəz edəcəyi bildirilmişdir.
Çox güman ki, Crossland X modeli crossover görkəminə malik olacaq və hərəkətin əksinə açılan arxa qapılar əldə edəcəkdir. Böyük ehtimalla yeni model öndən çəkişli olacaqdır. Bunun əsas səbəbi isə EMP2 platformasında istehsal edilən avtomobillər arasında tam çəkiş sistemi ilə təchiz edilən modellərin olmamasıdır.
Opel Crossland X haqqında məlumatla yanaşı alman şirkəti “7 in 17” strateji planını da çıqlamışdır. Bu palana görə, Opel 2017-ci ildə yeddi yeni model təqdim etmək niyyətindədir. Bununla belə, almanlar bir az şişirtməyə yol vermişdirlər. Misal üçün yeddi avtomobilin siyahısında olan Opel Ampera-e artıq Paris avtosalonunda debüt etmişdir.
Digər üç avtomobil isə, Opel İnsignia modelinin yeni modifikasiyalarıdır. Bunlar Grand Sport (liftbek), Sports Tourer (universal) və Country Tourer (yüksək keçimli universal) modifikasiyalarıdır. Qeyd etmək lazımdır ki, bu siyahıda İnsignia modelinin sedan versiyası yer almamışdır.
Əlavə üç avtomobil anons edilmiş Crossland X modeli, C+ sinifinə aid olan daha bir krossover və Opel Vivaro mikroavtobusudur. Ekspertlər bu avtomobillrəin təqdimatından sonra iki konsernin əməkdaşlığının yeni səviyyəyə yüksələcəyini proqnozlaşdırırlar. Belə ki onlar, Citroen C5 və Peugeot 508 modellərinin yeni nəslinin yeni Opel İnsignia modeli ilə eyni platformada istehsal ediləcəyini bildirmişdirlər.