Opel şirkəti yaxın zamanlarda Astra modelinin yeni nəslini təqdim etməyə hazırlaşır. Hələlik isə, alman istehsalçısı yeni modelin bəzi dizayn elementləri təsvir edilmiş ilk tizerlərini dərc edib. Yeni Astra modeli ön hissənin firma Vizor dizaynını əldə edəcək və alman markasının digər avtomobillərinin ardınca Stellantis ittifaqının EMP2 platformasına keçəcəkdir.

Xatırladaq ki, bu platforma Peugeot 3008 və DS 4 modellərinin əsasını təşkil edir. Yeni Astra ailəsinə əvvəl olduğu kimi, hetçbek və Sports Tourer universalının daxil olacağı gözlənilir.

Tizerlərin birində, Vizor elementinin xarakterik xüsusiyyətləri - vizual olaraq tündləşdirilmiş vahid paneldə birləşdirilmiş fənərlər, radiator barmaqlığı və Opel markasının loqotipi nümayiş etdirilir. Bundan başqa, LED işıq texnikasının Astra modelinin standart avadanlıqları siyahısına daxil ediləcəyi də qeyd edilir.

Avtomobilin interyerini nümayiş etdirən şəkillərdə, iki ekranı vahid şüşə altında birləşdirən Pure Panel ön panelini (bu həll artıq Mokka krossoverində tətbiq edilir) görmək olar. Fiziki düymələrin sayı minimuma endirilib.

Image alt Image alt Image alt Image alt Image alt

Qeyri-rəsmi məlumatlara görə, nəslin dəyişməsi ilə, Astra modeli PHEV hibrid modifikasiyasına sahib olacaqdır. Eyni zamanda, 296 at qüvvəli mühərriki və tam ötürmə sistemi olan "bərkgedən" Opel Astra OPC modelinin peyda olacağı gözlənilir. Yeni modelin mühərrik çeşidinə gəldikdə isə, Avropada satılacaq modelin 110 və ya 130 at qüvvəsinə malik olan 1,2-litrlik "turboüçlük", habelə 130 at qüvvəli 1,5 BlueHDi dizel mühərriki ilə təchiz ediləcəyi ehtimal olunur.

Yeni nəsil Astra modelinin istehsalı Almaniyanın Rüsselshaym şəhərindəki Opel zavodunda təşkil ediləcəkdir. Alman istehsalçısı, 2019-cu ildə, bu zavodu EMP2 platformasında inşa edilən modellərin istehsalı üçün modernləşdirəcəyinə söz vermişdi.