Emblemin əsas elementi - şimşək qorunub saxlanılıb. İki əsas dəyişiklik var: şimşək indi iki üçbucaqlı elementdən ibarətdir və parlaq “nişangah” ilə əhatə olunub. Ümumiyyətlə, loqotip daha minimalist görünür - xətlər daha da incələşib, emblemin özü isə, əvvəlki kimi ikiölçülüdür. Yeni Opel kimliyinin tamölçülü təqdimatı sentyabrda Münhendə keçiriləcək IAA 2023 avtosalonu çərçivəsində baş tutacaq, yenilənmiş loqotiplər isə, 2024-cü ildən başlayaraq avtomobillərdə tətbiq ediləcəklər.
Brendin yeni korporativ kimliyi Opel Compass adlanır. Şirkətin baş direktoru Florian Hüttlin sözlərinə görə, yenilənmiş loqotip təkcə innovasiyalara sadiqliyi simvolizə etmir, o həm də “2028-ci ilə qədər Avropada tam elektrik brendi olmaq ambisiyasını ifadə edir”.
Qeyd etmək lazımdır ki, Opel loqotipini bu yaxınlarda yeniləyib - 2020-ci ildə şirkət üçölçülü emblemdən imtina edib və bununla da rəqəmsal dövrə sadiq qaldığını vurğulayıb. Eyni zamanda, Opel Next adlanan korporativ şrifti və şirkətin elektrikləşdirməyə hazır olduğunu simvolizə edən yeni korporativ rəng - parlaq sarı çalar təqdim edilib.
2021-ci ildə Opel avtomobillərdəki loqoları QR kodlarla əvəz etmək niyyətini açıqlamışdı. İdeya ondan ibarət idi ki, avtomobil həvəskarları alman markasının istənilən avtomobilinin kodunu smartfonla skan edərək, onun sahibi ilə mesajlar, səsli poçt və ya məlumat-əyləncə sistemi vasitəsilə birbaşa əlaqə saxlaya bilsinlər.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.