Opel şirkətindən verilən məlumata əsasən, alman avtomobil istehsalçısı Almaniya dövlət orqanlarına Zafira modelinin dizel mühərrikinin proqram təminatının müəyyən şəraitdə zərərli tullantıları təmizləyən sistemi söndürdüyünü bildirmişdir. Bu barədə xəbəri Automotive News internet nəşri yaymışdır. Bununla belə, Opel şirkəti bunun tamamilə qanuni olduğunu bildirmişdir. Lakin, Almaniya dövlət orqanları qaydaların bu şəkildə şərhi ilə razılaşmaya bilər. Alman şirkətindən bildirildiyinə görə, avtomobil 145 km/saat sürətini toplayan kimi, proqram təminatı zərərli qazların təmizlənməsini dayandırır.
Opel nümayəndələri təmizlənmənin dayandırılmasının vacibliyini mühərrikin müdafiəsi ilə izah edirlər ki, bu hal da yerli qanunvericiliyində öz əksini tapmışdır. Hazırda bu zərurəti təsdiq etmək üçün alman istehsalçısının 14 günü mövcuddur. Müstəntiqlər Opel şirkətinin təqdim etdiyi dəlilləri ciddi şəkildə yoxlamaq niyyətindədirlər. Almaniyanın nəqliyyat naziri Aleksandr Dobrintin Automotive News agentliyinə bildirdiyinə görə, İstintaq komitəsinin üzvləri bu zərurətin mühərrikin müdafiəsi üçün olduğuna şübhə ilə yanaşırlar.
Opel Zafira modelində quraşdırılmış 1,6 CDTi dizel güc aqreqatının ətraf mühitə atdığı karbon dioksidinin səviyyəsinin normalardan art;q olduğunu «Deutsche Umwelthilfe» alman ekoloji yardım qrupu keçən il bəyan etmişdir.
Alman istehsalçısı isə, öz növbəsində ittihamların yalan olduğunu sübut etmək üçün Hessen TÜV təşkilatının nəzarəti altında nəzarət testərini həyata keçirmişdir. Eyni zamanda «Spiegel» dərgisi, Alman tədqiqat teleşousu və «Deutsche Umwelthilfe» qrupu Zafira modelinin bir sıra hallarda zərərli tullantıların təmizlənməsi sistemini söndürdüyünü idiası ilə çıxış etmişdilər. Onlar tərəfindən hazırlanmış xüsusi məruzə alman dövlət orqanlarına göndərilmişdir. Opel şirkəti öz növbəsində bu iddiaları yersiz olduğunu bidirərək söylənənləri inkar etmişdir.
Opel AG bu il Almaniyada avtomobillərin tullantılarla əlaqədar birdəfəlik servis kampaniyasını həyata keçirmişdir.
Almanyanın nəqliyyat nazirliyi isə, Volkswagen, Audi, Porsche və Mercedes-Benz şirkətlərinn qanunvericilikdə olan boşluqdan istifadə edərək, təmizləmə sisteminin söndürülməsi funksiyasının tətbiqinə yol verdikləri şübhəsi ilə yoxlama kampaniyasına start vermişdir. Bu kampaniya çərçivəsində 630 minə yaxın dizel mühərrikli avtomobil yoxlamadan keçmişdir.