Opel şirkəti Zafira Life adlı miniveni buraxacağını bəyan edib. Avtomobilin təqdimatı 18 yanvarda Brüsseldə baş tutacaqdır.
Bu avtomobil Opel markasının PSA konserninin tərkibinədaxil olduqdan sonra təqdim etdiyi ilk minivendir. Yeni model Zafira modelini deyil, Vivaro minivenini əvəzləyəcəkdir. Opel Zafira Life modeli Citroen, Peugeot və Toyota markaları altında buraxılan minivenlərdən yalnız ön tərəfin dizaynı ilə seçilir: miniven başqa formalı radiator barmaqlığına və fənərlərin dekorativ içliyinə malikdir.
Salonda isə, dəyişən yalnız sükan çarxının üzərindəki emblemdir. Qohum modellər kimi Zafira Life də üç uzunluq variantı ilə təklif ediləcəkdir: Small - 4,6 metr, Medium - 4,95 metr və Large – 5,3 metr. Minivenin baza varinatı iki oturacaq cərgəsinə malik olacaqdır, digər iki modifikasiyanı isə üç cərgə ilə sifariş etmək mümkündür. Salon beş konfiqurasiyada əlçatandı – beş, altı, yeddi, səkkiz və doqquz yerli.
Təchizat sarıdan Opel Zafira Life digər əkizlərindən seçilmir. Avtomobilin opsiyalar siyahısında dəri salon, panoram tavan, sürüşsürülən qapıların elektrik öterməsi və digər avadanlıqlar vardır. Minivenin mühərrik çeşidi açıqlanmasa da sürpriz gözləmək lazım deyil. PSA minivenləri Avropada 102 və 120 at qüvvəli 1,5-litrlik, yaxud 150 və 177 at qüvvəli 2,0-litrlik turbodizellər ilə təklif edilir. Minivenin Dangel firması tərəfindən buraxılacaq tamçəkişli versiyaları da olacaqdır. 2021-ci ildə isə tam elektrik modifikasiyası işıq üzü görməlidir.
Ənənəyə uyğun olaraq miniven Böyük Britaniyada Vauxhall markası altında buraxılacaqdır. Bu model qısa bazaya malik olmayacaq və Viviaro Life adı ilə satılacaqdır. Ən maraqlısı odur ki, Opel və Vauxhall minivenləri Böyük Britaniyanın Luton şəhərindəki zavodda buraxılacaqdırlar. Buu zavodda əvvəlki nəsil Opel Vivaro miniveni istehsal edilirdi. Yeni minivenə sifarişlər fevral ayından başlayaraq qəbul ediləcəkdir.