Bu günlərdə maraqlı bir avtomobil Mayamidə satışa çıxarılıbdır. Bu əfsanəvi Jaguar XJ220 superkarıdır. 1995 – 1994-cü illərdə 281 nüsxədə buraxılan avtomobil nadir raritetlərdən sayılır. 328 zavod nömrəsi olan superkar 22 illik tarixə malik olmasına baxmayaraq cəmi 717 kilometr yürüş etmişdir.
Gümüşü rəngə boyanmış superkar 540 at qüvvəsinə malik olan iki turbokompressorlu 3.5-litrlik mühərriklə hərəkətə gəlir. Jaguar XJ220 superkarı 100 km/saat həddinə dörd saniyədən az bir müddətə sürətlənir və 350 km/saat maksimal sürət həddinə malikdir. Qeyd etmək lazımdır ki, McLaren F1 superkarının yaradılmasına qədər Jaguar XJ220 dünyanın əs sürətli avtomobili olmuşdur.
1994-cü ildə buraxılmış avtomobil orijinal dəri salonu, cihazlar panelini, spidometri və sükan çarxını qoruyub saxlamışdır. Satıcının bildirdiyinə görə, avtomobil bərpa və modifikasiya edilməmişdir. Avtomobillə maraqlananlar Mayamiyyə yollanmaq məcburiyyətindədirlər. Eyni zamanda, gələcək alıcının bank hesabında 519000 ABŞ dollarının olması mütləqdir.