Çinin Oshan brendi X5 Plus premium krossoveri üzərindəki sirr pərdəsini götürüb. Subbrendin sahibi olan Changan şirkətinin terminologiyasına əsasən, bu, ön ötürmənin, 1,5-litrlik benzin "turbodördlüyünun" və “robot” transmissiyasının mövcudluğu deməkdir.
Salondakı ən maraqlı detal isə, 30-düymlük rəqəmsal paneldir. O özündə əsas displeyi, virtual cihazlar panelini və elektron köməkçilərin məsləhətləri üçün nəzərdə tutulmuş əlavə ekranı birləşdirir. Sifarişlərin qəbuluna bu ay başlanacaqdır.
Model “premium” sayılır, baxmayaraq ki, o, digər Çin krossoverlərindən nə texniki, nə də zahiri cəhətdən fərqlənmir. Kapotun altında 188 at qüvvəsi və 300 Nm fırlanma anı hasil edən 1,5-litrlik dördsilindli turbomühərrik yerləşir. Mühərrikin dartma qüvvəsi ön təkərlərə ikimuftalı yeddi pilləli “robot” vasitəsilə ötürülür. Tam ötürmə sistemi nəzərdə tutulmayıb.
Krossoverin interyeri möhtəşəm rəqəmsal panel ilə seçilir. Bu, özündə üç displeyi cəmləşdirən və ön panelin formasını təkrarlayan 30-düymlük genişformatlı əyri “tablodur”. Panelə əsas displey (10,25 və ya 12,3 düymlük), virtual cihazlar paneli (7 və ya 12,3 düymlük), habelə naviqasiya və elektron köməkçilərin bildirişlərini göstərən əlavə ekran daxildir.
Eyni zamanda, ölçülərə görə, "plus" krossoveri əsasında inşa edildiyi adi Oshan X5 modelini bir qədər üstələyib. Hətta onun təkər bazası simvolik beş millimetr uzundur. Oshan X5 Plus Çindəki diler salonlarında bu il peyda olmalıdır, lakin onun qiyməti hələlik açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.