Genesis markası Vanity Fair dərgisi ilə birlikdə Oskar mükafatının 90-cı təqdimetmə mərasimi üçün beş xüsusi G90 sedanı hazırlayıb. Sedanlardan mükafata namizədlərini və nüfuzlu şəxsləri daşımaq üçün istifadə ediləcəkdir.
Xüsusi seriyadan olan hər bir avtomobil unikal ada malik olacaqdır.
«Hissiyatın toxunuşu» (A Touch of Sensuality) açıq-gümüşü və tutqun-qəhvəyi rəngə boyanacaqdır. Avtomobilin salon tərtibatında yünd-qəhvəyi nubukdan və qum rəngli Nappa dəridən istifadə ediləcəkdir. «Ulduz tozu» (Stardust) kuzovun tünd-boz rənginə və qara məxmərlə tərtib edilmiş salona məxsus olacaqdır. «Zümrüd yuxu» (Emerald Dream) sedanını tünd-yaşıl və tünd-qəhvəyi rəngə boyayacaqdırlar. Sedanın salonunu yaşıl dəri ilə üzləyəcəkdirlər. «Hökmüdar» (The Ruler) isə kərpic qırmızısı və boz rəngin ahəngi ilə seçiləcəkdir. İnteryerin tərtibatında qırmızı nubukdan istifadə ediləcəkdir.
Sonuncu avtomobil «İncə kiçiltmə» (Refined Understatement) kuzovun tünd-mavi və tutqun-ağ rənginə, interyerin qara nubukdan və Nappa dərisindən tərtibatına malik olacaqdır.