Keçən həftə baş tutmuş ilk Çili Rallisində Toyota komandasının estoniyalı pilotu Ott Tyanak qələbə çalıb. Rallinin son günü mübarizəyə yollanan ilk üçlük günün sonunda eyni sıralama ilə finiş xəttini keçiblər.
Eston pilot cümə günü səhər ikinci xüsusi hissədən sonra liderliyə yüksəlib və növbəti iki gündə üstünlüyünü daha da artırmağa müvəffəq olub. Əslində bazar günü eston pilot risq etməmək qərarına gəlib – o son günü keçilcək xüsusi hissələrin heç birində üçüncülükdən yuxarı qalxmayıb. Bununla belə rallini sonlandıran bonuslu “pauersteycdə” o yenidən öz sürətini nümayiş etdirərək ən yeyin zamana imza atıb.
Bazar günü əsas mübarizə ikinci yer uğrunda mübarizə iki Sebastyen arasında gedib. Doqquzqat dünya çempionu şənbə günü ən yeyin pilot olub və həmyerlisi ilə ara məsafəsini azaldıb. Bazar günü keçirilən xüsusi hissədən sonra, Lyöb Ojye ilə olan ara məsafəsini bir saniyəyə qədər endirib. Son günün dopları dar, lakin yeyin olduğundan Lyöb bir qədər ehtiyatlı davranma üstünlük verib. Əks halda səhv çox baha başa gələ bilərdi.
Ojye də eyni fikirə olsa da, bazar günü ara məsafəsini açmağa müvəffəq olub və onu yeddi saniyəyə çatdırıb. Hətta son xüsusi hissədə yanğınsöndürmə sisteminin təsadüfi işə düşməsi də ona mane ola bilməyib.
Çili Rallisinin nəticələrinə görə Ojye pilotlar birinciliyinin liderliyinə yükəslib: o, Tyanakı 10 xal və Çilidə ən baxmlı qəzanın sahibi olan Tyerri Nyövili isə 12 xal üstələyir.