Toyota komandasının estoniyalı pilotu Ott Tyanak Portuqaliya rallisində qalib gəlib. Onun əsas rəqibi komanda yoldaşı Kris Mik olub.
Rallinin sonuncu günü ilk üçlüyü doqquz saniyə ayırıb. Yarışı üçüncü yerdə davam etdirən Tyerri Nyövill (Hyundai) yarışı sakitcə başa vurmaq qərarına gəlib. Mik isə birinci yer uğrunda komanda yoldaşı ilə mübarizə yolunu seçib. İlk dopda Mik qalib gəlsə də, sonrakı iki dopda Tyanak sürətli olub. XH19-da britaniyalı pilot səhvə yol verib və üçüncülüyə geriləyib.
Lakin, Mikin sərgüzəştləri bununla bitməyib. Bonus xüsusi hissəsində o avtomobilini yolun kənarındakı iri daşa vuraraq, yarışdan çəkilib və podium şansını da itirib.
Kris Mikin problemləri Tyerri Nyövilə ikinci yerə qalxmağa imkan verib. Yarışın ilk günü çoxlu vaxt itkisinə məruz qalmış Sebastyen Ojye nəticədə üçüncü yerdə finiş görüb. Üstəlik, Ojye final hissəsində bonus xallarını qazanıb. Bu xallar ona pilotlar birinciliyində ilk yerdə qərarlaşmağa yardım edib. Buna baxmayaraq, onunla Tyanak arasında fərq iki xala enib.
Teemu Sunninen və Elfin Evans ilk beşlyi tamamlayan pilotlar olublar.