Bu günlərdə Maserati şirkəti gənc Classiche bölməsinin fəaliyyətə başladığını bildirib. Yeni bölmə onillərlə bundan öncə buraxılmış Maserati modellərini sertifikatlaşdırır. İndi isə, oyuna başqa italyan markası – Pagani şirkəti qoşulub. Doğrudur, bu brend klassik avtomobilləri yoxdur - Pagani şirkəti ilk avtomobilini keçən əsrin doxsanıncı illərinin sonunda təqdim edib, lakin şirkət mütəxəssisləri istənilən ildə buraxılmış avtomobilləri müayinədən keçirməyə hazırdırlar. Yeni proqram Puro adlandırılıb.
Müayinə 400-dən çox müxtəlif prosedurları nəzərdə tutur: praktiki olaraq, hər bir detalın həqiqiliyini təsdiq etmək üçün, onu sənədlər, şəkillər, pasportlar, məlumatlar bazasında və arxivdəki şahədətnamələr ilə üzləşdirirlər. Lakin iş bununla bitmir: həqiqilik sertifikatını almış avtomobilin hər bir qurğu və aqreqatına zəmanətin uzadılması şamil edilir. Təsdiqnaməni şəxsən Pagani şirkətinin yaradıcısı Horasio Paqani imzalayır.
İşlər başa çatdıqdan sonra müştəriyə Puro Book kitabçasını təqdim edirlər. Dəri üzlüyə malik olan kitabçada modelin ətraflı tarixcəsi, xarakteristikaları və aparılmış müayinələrin nəticələri təsvir olunur. Ehtimala görə, belə kitabça superkarın istismarı boyu onunla qalacaqdır. Digər tərəfdən bu sırf maliyyə baxımından da sərfəlidir – belə sənədə malik olan nüsxənin qiyməti əhəmiyyətli dərəcədə artacaqdır.
Hələlik Puro proqramindan yalnız Modenada (İtaliya) istifadə etmək olar, lakin istehsalçı gələcəkdə sertifikatlı mexaniklərin çalışdığı ixtisaslaşdırılmış mərkəzlərin sayının artacağını vəd edib.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.