Məşhur Pagani şirkəti rəsmi olaraq Huayra superkarının «qaynar» variantını təqdim etmişdir. Bərkgedən model, əvvəllər də bildirildiyi kimi, Huayra BC adlandırılmışdır. İstehsalçı «BC» indeksinin mənasını da açıqlamışdır. Sən demə, bu şirkətin ilk müştərisi olmuş italiyan kolleksiyaçı Benni Kayolanın inisialıdır. Bərkgedən Huayra BC modeli Mercedes-AMG mütəxəssislərinin hazırladığı iki turbokompressorlu V12 mühərriki ilə təchiz edilir. İlkin məlumatlara görə, mühəriikin gücü 750 at qüvvəsi və 1000 Nm fırlanma anı təşkil edir.Güc aqreqatı Xtac adlı robotlaşdırılmış sürətlər qutusu ilə birlikdə çalışır. Transmissiya yeni elektrohidravlik aktuatorlarla, karbondan hazırlanmış sinxronizatorlar və muftanın idarəedilməsi sisteminin yeni proqram təminatı ilə təchiz edilir.
Pagani mütəxəssisləri Huayra modelinin aerodinamikası üzərində ciddi işləmişlər. Özü də bu işlər təkcə kuzov elementləri ilə - yeni arxa antiqanad və diffuzorla, yenilənmiş ön tərəflə və ətrafdakı detallarla, - məhdudlaşmır.
Şirkət mütəxəssisləri həmçinin avtomobilin salonundakı hava axınlarının istiqamətlənməsi üzərində də çalışmışdırlar ki, bu axınlardan da soyutma sistemi üçün istifadə edilir. Bunun üçün mühəndislər, hesablama hidrodinamikasından istifadə edərək öz hesablamalarını aparılmışdırlar.
Bu dəyişikliklərin nəticəsində yeni modelin standart avtomobillə ümumi olan detalı ancaq onun damıdır. Qalan detallar bütünlüklə yenidirlər. Pagani nümayəndədlərinin bildirdiyinə görə, Huayra BC modelini sportkarlar arasında dünyada ən yüngül və effektiv olan asqıyla təchiz edilmişdir. Yeni asqının detalları aviasiyda istifadə edilən alüminiumdan hazırlanmışdır ki, bu da standart superkarın asqısı ilə müqayisədə onu 25 kiloqram daha yüngül edir.
Bundan əlavə, «qaynar» superkar aktiv differensial, Brembo firması tərəfindən hazırlanmış yeni əyləc sistemi və Pirelli P Zero Corsa şinləri ilə təchiz edilmiş öndə 20 düymlük, arxada isə 21 düymlük disklər, həmçinin trek rejimi olan stabilləşdirmə sistemini əldə etmişdir.
Modelin interyeri də cüzi dəyişikliklərə məruz qalmışdır. Pagani Huayra BC modelinin çəkisi standart superkara nisbətən 132 azalaraq 1218 kiloqram təşkil etmişdir. Avtomobil 20 ədəd tirajla istehsal ediləcək və 2,3 milyon avroya satılacaqdır. Qeyd etmək lazımdır ki, bütün avtomobillər artıq öz sahiblərini tapmışlar.