Bu günlərdə Pagani şirkəti kamuflyaj edilmiş Huayra superkarının tizerini dərc etmişdir. Çox güman ki, söhbət bu superkarın əsasında hazırlanmış yeni variantdan gedir. Facebook sosial şəbəkəsində Pagani şirkəti yeni avtomobuiin tizerini #huayrabc heşteqi ilə dərc etmişdir. Superkarın adının Huayra BC olacağı halda, «BC» indeksinin hansı məna daşıdığı anlaşılmazdır. Yeni superkarın bu ilin martında baş tutacaq Cenevrə avtomobil sərgisində debüt edəcəyi ehtimal olunur. Sayiələrə görə, avtomobil 20 adədlə məhdudladırılmış tirajla buraxılacaq və 2,7 milyon dollara satılacaqdır.
Tizerdən göründüyü kimi, superkar yeni aerodinamik asma sayəsində daha aqressiv görünüşə malik olacaq. Bundan başqa, bir avtomobilin arxa hissəsində quraşdırılmış diffuzoru və böyük antiqanadı müşahidə edə bilərik. Superkarın kuzov elementlərinin hazırlanmasında karbondan daha geniş istifadə ediləcək və bu sayədə avtomobilin çəkisinin azalması da gözlənilir. Hal-hazırda superkar 1390 kq çəkiyə malikdir.
Yeni superkarın güc aqreqatının texniki imkanları barədə məlumat olmasa da, onun Mercedes-AMG tərəfindən hazılanmış 6,0-litrlik V12 mühərriki olacağı məlumdur.
«Adi» Pagani Huayra modelinin mühərrikinin göstəriciləri 730 at qüvvəsi və 1000 Nm fırlanma anıdır. Superkar yerindən 100 km/saat həddinə qədər 3,3 saniyəyə sürətlənir və onun maksimal sürəti 370 km/saat təşkil edir.
Bir müddət əvvəl, Horasio Pagani 20 ədəd Huayra SE (Special Edition) modelinin buraxılacağını elan etmişdir. SE versiyasının mühərrikinin gücü 750 at qüvvəsi, dəyəri isə 2,5 milyon dollar olacağı bildirilmişdir. Bununla yanaşı, Huayra SE versiyası, trek günlərində istifadə ediləcək xüsusi çıxarılıb-taxılan aerodinamik asma ilə təchiz edilməli idi.