Ekstremal superkar istehsalçısı olan Pagani şirkəti Huayra superkarının xüsusi modifikasiyasını təqdim etmişdir. Refined Marque diler mərkəzinin müştərisinin sifarişi ilə yeganə nüsxədə hazırlanmış superkar Pearl («mirvari») adını almışdır. Pagani Huayra Pearl, tərkibinə damda quraşdırılmış iri havalandırma girişi və Zonda S modleində olduğu kimi ikiyə bölünmüş arxa antiqanad olan yeni aerodinamik kuzov parçaları dəstini əldə etmişdir.
İstehsalçı Pagani Huayra Pearl modelinin texniki xarakteristikaları barədə açıqlama verməmişdir. Çox güman ki, avtomobilin texniki hissəsində dəyişikliklər olmamışdır. Xatırladaq ki, adi Pagani Huayra modeli 730 at qüvvəsi gücü olan ikiqat turbokompressorlu V12 mühərriki və yeddi pilləli iki muftalı «robotla» hərəkətə gəlir. Superkar ilk «yüzlüyə» 3,3 saniyəyə sürətlənir və 370 km/saat maksimal sürətə malikdir.
Pagani Huayra ailəsinin təqdim edilən sonuncu üzvü, italyan markasının ilk müştərisi olmuş Benni Kayoleyə həsr edilmiş «qaynar» Huayra BC superkarı olmuşdu. «Bərkgedən» modifikasiya 750 at qüvvəsi gücü olan mühərriklə təchiz edilmişdir. Pagani Huayra BC modifikasiyası 20 nüsxəlik məhdud sayda tirajla istehsal ediləcəkdir.
Bu superkarın satış qiyməti 2,3 milyon avro təyin edilmişdir. Bu ilin avqust ayında Huayra ailəsinin tərkibinə rodster kuzovlu modelin də qatılacağı gözlənilir.