Pagani şirkətinin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində Huayra modelinin rodster kuzovlu variantının kupe modelindən yüngül olacağı bildirilmişdir. Bu o deməkdir ki, rodsterin çəkisi 1350 kiloqramdan az olacaqdır.
Hal-hazırda ən yüngül çəkiyə malik olan Huayra BC “qaynar” modelinin 1218 kiloqram çəkisi vardır. Belə göstəricinin əldə edilməsi, dünyadakı idman avtomobillərində quraşdırılan ən yüngül asma sisteminin mövcudluğu sayəsində mümkün olmuşdur. Huayra BC modelinin asamsı aviasiya alüminiumundan hazırlanmışdır ki, bu da adi Pagani Huayra modelində olduğundan 25% yüngüldür. Pagani Huayra Roadster modeli 730 at qüvvəli V12 mühərriki ilə təchiz ediləcəkdir ki, bu da rodsterə 100 km/saat sürətini 3,3 saniyəyə toplamağa imkan verəcəkdir. Pagani Huayra modelinin maksimal sürəti 370 km/saatdır.