Nadir superkarların istehsalısı olan Pagani şirkəti Huayra modeli üçün nəzərdə tutduğu «Pacchetto Tempesta» adlı idman dəstini təqdim etmişdir. Bu dəstin qiyməti 160 min avro təşkil edir ki, bu məbləğə Pagani şirkətinin vətəni olan İtaliyada Porsche 911 Carrera 4S sportkarını əldə etmək mümkündür. Yeni idman dəstinin hazırlanmasında pagani mütəxəssisləri ilə birgə, İndyCar və Formula E seriyaları üçün şassilər hazırlayan italyan Dallara konstruktor bürosunun əməkdaşları iştirak etmişdirlər. Yen dəstin tərkibinə qabaq splitter və arxa diffuzor da daxil olmaqla, karbondan hazırlanmış kuzov elementləri daxil edilmişdir.
Bundan əlavə, superkar aviasiyada istifadə edilən alüminiumdan hazırlanmış 20 (öndə) və 21 (arxada) düymlük təkər diskləri əldə etmişdir. Pacchetto Tempesta dəsti quaraşdırılmış Pagani Huayra avtomobilinin asqı sistemi yenidən işlənmiş və xüsusi olaraq bu superkar üçün hazırlanmış
Ohlins amortizatorları ilə təchiz edilmişdir. Quraşdırılan digər bir elemet isə, titandan hazırlanmış səsboğucu sistemdir ki, bu sistemin də çəkisi yeddi kiloqrama bərabərdir. Bu adi Pagani Huayra modelinə olduğundan üç kiloqram azdır.
Avtomobilin mühərriki dəyişilməz olaraq qalmışdır - bu 730 at qüvvəsi olan 6,0-litrlik V12 mühərrikidir. yeddi pilləli iki muftalı robotlaşdırılmış sürətlər qutusu ilə birlikdə bu mühərrik avtomobili 100 km/saat həddinə 3,2 saniyəyə sürətləndirir. Onun maksimal sürəti isə 370 km/saatdır.