Pagani şirkətinin xüsusi layihələr ilə məşğul olan Grandi Complicazioni departamenti mexaniki transmissiyalı ilk Huayra hiperkarını təqdim edib. Hiperkar Epitome adlanır və yarış avtomobillərində olduğu kimi, quraşdırılmış elektron idarələnən differensialı, üçdiskli muftası və üçşarnirli val ötürməsi olan yeddi pilləli Xtrac transmissiyası ilə təchiz edilib. 864 at qüvvəsi və 1100 Nm fırlanma anı hasil edən 6,0-litrlik V12 mühərriki Utopia hiperkarından götürülüb. Dinamik xüsusiyyətlərdən yalnız maksimal sürət açıqlanıb - 350 km/saat.

Hər şeyin mexaniki transmissiya ilə bitdiyini güman etmək düzgün olmaz. Bu, one-of-one layihəsi olduğundan, onun işlənməsi seriya hiperkarların yaradılmasına sərf olunan qədər vaxt tələb edib.

Grandi Complicazioni mütəxəssisləri ideyanın konseptuallaşdırılmasına doqquz, ardınca daha 10 ay konstruktor işlərinə sərf ediblər. Müştəri istədiyinə nail olub: Huayra yeni kuzov panellərini, işıqlandırma avadanlığını, ön bamperə inteqrasiya olunmuş splitteri, eləcə də forması Huayra R trek hiperkarından götürülmüş antiqanadı əldə edib.

İdarəetmə performansını yaxşılaşdırmaq istəyi asqı həndəsəsinin yenidən nəzərdən keçirilməsi və pis yollar üçün super soft rejiminə malik olan yeni elektron idarələnən amortizatorların quraşdırılması ilə nəticələnib. O, ayrı bir düymə ilə aktivləşdirilir və 150 km/saat sürətlərdə avtomatik olaraq sönür.

 Huayra Epitome modelinin buraxılış magistralı titandır və altı çıxış boru var. Üstəlik, onlardan ikisi formuladakı "üfürmə diffuzoru" prinsipinə uyğun olaraq işləyir, yəni əlavə təzyiq yaradır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Döymə alüminium təkər disklərinin dizaynı Imola modelinin disklərindən ilhamlanıb, bu da təsadüfi deyil, çünki belə bir kupe artıq müştərinin kolleksiyasında var. Avtomobilin inşasının neçəyə başa gəldiyi barədə məlumat verilmir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.