Pagani şirkəti Rusiyanın TopCar tüninq atelyesinin müşətirəlirdən biri üçün xüsusi Zonda superkarını istehsal edəcəkdir. No.33 indeksinə malik olan superkarın iş eskizləri üzərində razılaşdırmalar səkkiz ay müddətində aparılıbdır.
Avtomobilin istehsalına 2018-ci ilin yazında başlanacaqdır. Zonda HP Barchetta üslubunda dizayna malik olacaq superkar, karbondan hazırlanan ikirəngli kuzova malik olacaqdır. Arxa antiqanad və oturacaqların arxasında yerləşən hava girişləri də bu karbondan hazırlanacaqdır. Pagazi Zonda No.33 superkarının salonunun tərtibatında da iki rəngli dəridən istifadə ediləcəkdir. Avtomobilin sükan çarxı ağacdan hazırlanmış əlavələrə malik olacaqdır.
Pagani Zanda HP Barchetta modeli bu il Pebbl-Biçdə keçirilən zəriflik müsabiqəsində Pagani şirkəti Zonda modelinin xüsusi modifikasiyasını təqdim edib. HP Barchetta adını alan superkar markanın banisi Horasio Paqaninin Zonda modelinə olan baxışlarını əks etdirir. Bu Zonda modelini digərlərindən fərqləndirən xüsusiyyəti kəsilmiş ön dayağı və maili yan şüşəsi olan "barketta" kuzovu, həmçinin karbonla örtülən arxa təkərləridir.
Xüsusi avtomobil üç nüsxədə buraxılacaqdır ki, onlardan biri Horasio Paqaninin şəxsi kolleksiyasına daxil olacaqdır.
Çox güman ki, superkar 760 at qüvvəsi hasil edən və Mercedes-AMG istehsalı olan 7,3-litrlik V12 atmosfer mühərriki ilə hərəkətə gəlir. Pagani Zonda modeli 1999-cu ildən 2011-ci ilə qədər buraxılıb. Altı il bundan öncə istehsalçı modelin buraxılışına Tricolor modifikasiyası ilə xitam verildiyini bildirsə də, bir neçə dəfə modelin eksklyuziv variantlarını xüsusi sifarişlərlə istehsal edib.
İtalyanlar, sonuncu buraxılan modelin HP Barchetta olacağı bildiriliblər.