Pagani şirkətinin qurucusu Horasio Paqani 70 yaşını qeyd edir və bu münasibətlə Huayra hiperkarının yeni versiyası - Huayra 70 buraxılıb. Onun xüsusiyyətləri dəyişdirilmiş xarici görünüş, gücləndirilmiş mühərrik və mexaniki ötürmələr qutusudur.
Rəsmi olaraq Pagani Huayra modelinin buraxılışı bir neçə il əvvəl dayandırılıb: 2022-ci ilin iyun ayında təqdim edilən Codalunga hiperkarı vida modeli adlandırılıb. Həmin ilin payızında model Utopia ilə əvəz olunub, lakin bundan sonra da şirkət Huayra hiperkarının xüsusi versiyalarını yaratmağa davam edib.
O vaxtdan bəri Imola Roadster, R Evo, Epitome, Arrivederci və Codalunga Speedster kimi modellər buraxılıb və indi onlaraHuayra 70 əlavə edilib. Cəmiz üç ədəd belə hiperkar istehsal olunacaq: birincisi, Trionfo (italyanca "zəfər" deməkdir) adkandırılmış model bir neçə həftə əvvəl müştəriyə çatdırılıb.
Orijinaldan yalnız qapılar və pəncərə çərçivəsi qalıb, digər bütün komponentlər isə, tamamilə yenidirlər. Onların arasında, dörd hissəli deyil, Codalunga modelinin üslubunda olan iki hissəli faralar da var. Bundan əlavə, yeni model digər variantlardan başqa ön bamperi və gündüz hərəkət işıqları (üfüqi deyil, şaquli olaraq quraşdırılıb), eləcə də qeyri-adi künc lövhələri olan unikal arxa antiqanadı ilə fərqlənir.
Xarici görünüş çoxsaylı narıncı vurğularla tamamlanan yaşıl karbondan hazırlanıb: onlar ön hissədə, ön hava girişlərində, damdakı havalandırma dəliyində, yan ətəklərdə, ya ətəklərdə və arxada tərəfdə nəzərdə tutulub. Lakin, yeniliklərin siyahısı dizaynla məhdudlaşmayıb.
Mercedes-AMG bölməsinin məhsulu olan modifikasiya edilmiş 6.0-litrlik V12 biturbomühərriki 846 at qüvvəsinə malikdir və yuxarıda qeyd olunan Epitome və Codalunga Speedster modelləri kimi yeddi pilləli mexaniki ötürmələr qutu ilə tandemdə çalışır. Digər iki model haqqında ətraflı məlumat hələlik verilməyib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









