Məşhur Pagani Automobili S.p.A. şirkəti 29 iyun tarixində Hiayra superkarının rodster kuzovlu variantının bağlı təqdimat mərasimini keçirmişdir. Bu barədə məlumatı, rəsmi dəvətnamənin surətini əldə etmiş Magazin ProDriver CZ nəşri yaymışdır. Yeni Pagani Huayra Roadster superkarının bağlı təqdimat mərasimi İtaliyada yerləşən San-Çezare-sul-Panaro şəhərində keçirilmişdir.

Burada əfsanəvi italyan markasının yeni zavodu və muzeyi açılmışdır. İtalyan istehsalçısı 17 iyul tarixindən başlayaraq avtomobillərin istehsalını buraya köçürməlidir. 

Pagani Huayra Roadster modelinin kütləvi təqdimat mərasiminin Pebbl-Biçdə keçiriləcək eleqantlıq müsabiqəsində baş tutacağı ehtimal edilir. Hal-hazırda Pagani Huayra Roadster modelinin 100 nüsxədən ibarət məhdud sayda tirajla buraxılacağı məlumdur. Çox güman ki, avtomobillərin müəyyən hissəsi öncədən sifarişlə satın alınmışdır.

 Bildiyimiz kimi. Pagani avtomobilləri  Mercedes-AMG tərəfindən istehsal edilən 730 at qüvvəli iki turbokompressorlu V12 mühərriki ilə təchiz edilirlər.