Pagani şirkətinin xüsusi layihələr şöbəsi ən son işlərindən birini - Huayra NC berlinettasını nümayiş etdirib. NC indeksli superkar, Mercedes-AMG bölməsinin məhsulu olan 6,0-litrlik V12 biturbo mühərriki və sekvental ötürmələr qutusu ilə təchiz edilmiş Huayra Roadster BC rodsterinin əsasında inşa edilib. Rodster Çindən olan müştərinin sifarişi ilə yeganə nüsxədə hazırlanıb.

Pagani Special Projects filialı Huayra Roadster NC berlinettasının təchiz edildiyi 6,0-litrlik V12 biturbo mühərrikinin gücünü 800-dən 830 at qüvvəsinə, fırlanma anını isə 1050-dən 1079 Nm-ə qədər artırıb. Güc qurğusu yeddi pilləli Xtrac sekvental qutusu ilə tandemdə çalışır.

Image alt Image alt Image alt Image alt Image alt

Pagani Huayra NC modelinin rəng sxemi kuzovun formalarını vurğulamaq üçün nəzərdə tutulub. Əsas rəng - tünd göydür. Kapot, qapı girişləri və arxa hissə parlaq lakla örtülmüş rənglənməmiş karbonplastikdən hazırlanıb, haşiyələr isə, qırmızı və ağ rəngdədir.

Damdakı hava girişi Panagi Imola superkarının analoji elementinə bənzəyir, yalnız burada o, ön şüşəyə qədər uzanır. Salon adi Huayra modelindəki ilə eynidir, tərtibat üçün karbon lifi və süni zamşadan istifadə olunur.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.