Pagani şirkətinin rəhbəri Horasio Paqani elektrik superkarının üzərində iş getdiyini təsdiq edib. Elektromobil italyan markasının xəttində dördüncü model olacaq və 2025-ci ildə işıq üzü görəcəkdir.
Paqaninin fikrincə ekoloji normaların sərtləşməsi V12 və ona bənzər mühərriklərin istifadəsini çətinləşdirəcəkdir.
Belə mühərrikləri 2025-ci ilə qədər istifadə etmək mümkün olacaqdır. Yeni elektromobili yaratmaq məqsədi ilə 20 mühəndisdən ibarət komanda yaradılıbdır. Avtonom idarəetmə sistemləri şirkətin dəyərlərinə uyğun gəlmədiyi üçün, belə sistemlər Pagani superkarlarında olmayacaqdır. “Biz sürmək üçün alınan “oyuncaqlar” hazırlayırıq, - Paqani bildirib. – idarəetmədən həzz almaq üçün yaradılan müstəqil şəkildə hərəkət edə bilməz”.
Pagani şirkəti Huayra modelini əvəz edəcək yeni superkarın da üzərində işləyir. Avtomobil Mercedes-AMG istehsalı olan V12 biturbomühərrikinə və mexaniki ötürmələr qutusuna sahib olacaqdır.
Qeyd etmək lazımdır ki, italyan istehsalçısı motosikllər üçün müdafiə təchizatı hazırlayan Dainese firması ilə birlikdə Pagani Huayra Roadster modeli üçün xüsusi yumşaq tavan hazırlayıb. Oriqami şəklində yığılan tavan karbondan karkasa malikdir və yüksək elastikliyi olan Pagani Fabric parçasından hazırlanıb.