Pagani Zonda modelinin istehsalı 2011-ci ildə başa çatsa da, italyan istehsalçı xüsusi sifarişlər əsasında bu modelin yeganə nüsxədə buraxılmasına heç də pis baxmır. Bununla belə, Pagani istehsal edilən avtomobillər arasında vaxt məsafəsinin bir ildən az olmamasını ciddiyətlə qoruyub-saxlayır. Budur, artıq qarşımızda duran Pagani Zonda MD adlı superkar bu qəbildən olan avtomobillərdən biridir. Çox güman ki, MD abreviaturası yeni avtomobili sifariş edən şəxsin adının və familiyasının baş hərfləridir.
Horasio Pagani üçün belə fəndlər işlətmək yeni deyildir. Misal üçün Formula 1 üzrə dünya çempionu Lyuis Həmiltonun sifarişi ilə hazırlanmış avtomobil Zonda 760 LH adlandırılmışdır. Lakin, bu dəfə avtomobilin sahibi inkoqnito qalmağa üstünlük vermişdir.
Texniki cəhətdən heç bir sürpriz yoxdur – superkar AMG istehsalı olan 760 at qüvvəli 7.3-litrlik V12 mühərriki və mexaniki sürətlər qutusu ilə təchiz edilmişdir. Pagani Zonda MD daha çox nadir kapotu və dəyişən rəngi ilə seçilir. Ən əsası da, 17 il bundan əvvəl işıq üzü görmüş avtomobilin hələ də arzulanan olmasıdır.
Hətta, müştəriləri Huayra modelinin də mövcudluğu clb etmir. Digər tərəfdən isə, Pagani Huayra BC hiperkarı yanından yel keçməmişdən belə alıcısını tapmişdir.