Rəsmi olaraq orta mühərrikli Pagani Zonda hiperkarının istehsalı hələ 2011-ci ildə dayandırılıb. O vaxtdan bəri Horasio Paqani iki yeni avtomobili təqdim edib: 2011-ci ildə - Huayra, 2022-ci ildə - Utopia. Bununla belə, xüsusilə israrlı həvəskarlar üçün şirkət hələ də Zonda hiperkarlarını buraxır!
Belə qəbildən olan avtomobillər çox vaxt "sonuncu" adlandırırlar, amma əslində bu heç də belə deyil. Beləliklə, yaxın zamanda işinə başlayacaq Pebble Beach Concours d'Elegance müsabiqəsində Pagani Zonda Arrivederci adlı növbəti və "ən sonuncu" nüsxə nümayiş etdiriləcək.
Əslində, bu rodster ötən il buraxılıb və amerikalı müştəriyə təhvil verilib, lakin indiyədək ictimaiyyətə nümayiş etdirilməyib. Eyni zamanda, o adi Zonda hiperkarı ilə müqayisədə çox sayda fərqlərə malikdir. Karbonplasikdən hazırlanmış kuzovun əksər hissəsi yarışəffaf gümüş təbəqə ilə örtülüb.
Onun fonunda, burunda, faraların ətrafındakı, yan və arxa tərəfdəki, eləcə də baza modelində olduğundan nəzərəçarpacaq dərəcədə yüksəkdə yerləşən kütləvi antiqanaddakı tünd göy elementlər diqqəti çəkirlər. Digər dekor və güclü karbon-keramika əyləc mexanizmləri də var.
Xüsusi sifarişlər hazırlanmış interyer qırmızı dəri bəzəklər ilə öyünə bilər. Ön paneli və qapıları bəzəyən çoxlu sayda karbonplastik elementlər də var. Ağacdan hazırlanmış hissələrsiz də ötüşməyib - məsələn, onları sükan çarxında görmək mümükündür. Xatirə lövhəsində Pagani Zonda Arrivederci hiperkarının yeganə nüsxədə yaradıldığı bildirilir.
Hiperkarın xüsusiyyətləri hələlik açıqlanmayıb. Böyük ehtimalla, Arrivederci versiyası 760 adlanan seriyaya aid olan bütün “əlavə buraxılış” avtomobilləri ilə eyni texniki hissəyə malikdir. Bu isə, 760 at qüvvəli 7,3-litrlik V12 AMG mühərriki və mexaniki transmissiya deməkdir. Dəqiq təfərrüatlar avtomobilin Zəriflik müsabiqəsindəki nümayişində sonra açılana bilərlər.
Ancaq Pagani Zonda Arrivederci modelin ümumi tirajı üzərində sirr pərdəsini götürüb. İş ondadır ki, unikal xüsusi versiya seriya nömrəsi 140 olan şassiyə malikdir.
Lakin Pagani şirkətinin bu günə qədər həqiqətən nə qədər Zonda hiperkarı buraxdığı barədə dəqiq məlumat yoxdur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.