Knight Frank konsaltinq şirkətinin bildirdiyinə görə, COVID-19 pandemiyası lüks malların bazarına mənfi təsir göstərir: sərt karantin tədbirləri marka şərablarının, kolleksiya saatlarının və zərgərlik məhsullarının qiymətlərinın davamlı olaraq aşağı düşməsinə səbəb olur.
Lakin, bunu klassik avtomobillər bazarı barədə söyləmək olmaz: 2019-cu ilin son üç ayında 7% azalmasına baxmayaraq, cari ilin birinci rübündə bu seqment 3,29% artıb.
1932 Bugatti Type 55 Super Sport Roadster
HAGI (Historic Automobile Group International) təşkilatının məlumatına əsaslanan dəbdəbə predmetlərinin yenilənmiş Luxury Investment Index (KFLII) cəlbedicilik indeksi, kolleksiya avtomobilləri bazarının hətta xəstəliyin pik dövründə belə böyüdüyünü göstərir.
Qeyd etmək lazımdır ki, bu dövrdə Ferrari avtomobilləri böyük tələbata malik olublar. Satış rəqəmlərinin artmasına ən böyük töhfəni 2,8 milyon dollara satılan 2003-cü ilin Ferrari Enzo modeli və 2,2 milyona satılan 1914-cü ilin Rolls-Royce Silver Ghost modelləri veriblər. Bonhams hərracında 7,1 milyona satılan 1932-ci ilin Bugatti Type 55 Super Sport Roadster modeli isə, ən iri sövdələşmə predmeti olub.
1914 Rolls-Royce Silver Ghost
KFLII indeksi 2018-ci ildə ən yüksək həddə çatıb. Lakin, HAGI təşkilatının qeyd etdiyi kimi, o vaxtdan bəri indeks azalmağa davam edir. Bununla yanaşı, son 10 ildə klassik modellərin və ekzotik avtomobillərin qiyməti 194 faiz artıb.