Mart ayında Çində qeydə alınan Tesla elektrokarlarının sayı 450% artaraq 12,7 min ədədə çatıb ki, bu da rekord sayıla bilər. Müqayisə üçün, fevral ayında koronavirus epidemiyası ilə mübarizənin davam etdiyi bir vaxtda cəmi 2,3 min avtomobil qeydə alınıb.
Ötən həftə Tesla Çində Model 3 elektrokarının iki yeni modifikasiyasını - Long Range RWD və Performance AWD satmağa başlayıb. Elektromobillərin qiyməti müvafiq olaraq 339.050 (81.280 manat) və 419.800 yuan (100.640 manat) arasında dəyişir. Hər iki versiya da Tesla şirkıətinin Şanxaydakı Model Y modeli də istehsal edilən zavodunda yığılır.
16 apreldən etibarən Çində, Tesla şirkətnin Alibaba şirkətinə məxsus olan Tmall İnternet platformasına əsaslanan ilk onlayn mağazası fəaliyyətə başlayıb. Onlayn mağazada elektromobillər üçün orijinal ehtiyat hissələrini satın alamaq, həm də ölkədə təqdim olunan üç modelin (Model S, Model X və Model 3) birinin testinə qeydiyyatdan keçmək olar.
Reuters agentliyinin məlumatına görə, mart ayında Çin avtomobil bazarı 43.4 faiz azalıb. Bununla birlikdə Çinin Sərnişin Avtomobilləri Birliyi fərqli rəqəmi səsləndirib: illik müqayisədə satış 48.3 faiz azalaraq,1.021.584 avtomobilə (minik,, yolsuzluq, avtomobilləri, miniven və mikroavtobuslar daxil olmaqla) qədər azalıb. Eyni zamanda, 2020-ci ilin fevral ayı ilə müqayisədə, baharın ilk ayında satışlar 353,2 faiz artıb.
Mənbə: Reuters