Mercedes-Benz avtomobillərini təkmilləşdirməklə başlayan və nəticədə klassik avtomobil bərpaçısına, idman qayıqlarının və hətta motosikletlərin istehsalçısına çevrilən alman Brabus atelyesi lüks saat bazarını fəal şəkildə mənimsəyir. İtalyanın dəbdəbəli saat istehsalçısı olan Officine Panerai ilə birlikdə yaradılmış Panerai Submersible S Brabus Experience Edition adlı xronoqraf modeli qüsursuz qara-qırmızı dizaynı ilə seçilir.

Xronoqraf Carbotech kompozit materialından hazırlanmış 47 millimetrlik korpusu alıb. Yüngül kompozit tünd mərmərə bənzər naxışı və korroziyaya qarşı yüksək davamlılığı olan karbon lifindən hazırlanıb. Əsas qara rəng, Brabus avtomobillərinin dizaynında rast gəlinən qırmızı elementlərə işarə edən çoxsaylı qırmızı vurğularla tamamlanıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Saat tüninq atelyesinin emalatxanasında hazırlanmış dəri və silikondan idman qayışı ilə gəlir. Xronoqraf Panerai xəttində mövcud olan P.4000 kalibrinə əsaslanır. Bu kalibr yenidən işlənib və P. 4001/S kalibrinə çevrilib. Üçgünlük gediş ehtiyatına malik olan skeletonlaşdırılmış mexanizmi saatın arxa tərəfindəki şəffaf pəncərədən müşahidə etmək olar.

Panerai Submersible S Brabus Experience Edition saatının tirajı 22 nüsxə ilə məhdudlaşdırılıb. Saatın qiyməti açıqlanmır, lakin aksesuarın qiymətinə Aralıq dənizinə çoxgünlük macəralı səyahətin, premium otellərdə yerləşmənin, ləziz mətbəxin və mədəni əyləncələrin daxil olduğunu nəzərə alsaq, xronoqrafın elə də ucuz olmacağı aydındır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.