Bu günlərdə İnternet şəbəkəsində növbəti nəsil Hyundai Sonata modelinin sınaq prototiinin şəkli peyda olub. Birləşmiş Ərəb Əmirliklərində çəkilmiş şəkildə Sonata modeli kuzovun eni boyu uzanan arxa işıq texnikası ilə seçilir.
Şəkillərdən göründüyü kimi, yeni Hyundai Sonata gündüz hərəkət işıqlarının quraşdırıldığı ön fənərlər sahib olacaqdır. Lakin, yeni sedanın ən maraqlı elementi onun arxa işıqlarıdır: C-şəkilli formaya malik olan arxa fənərlər nazik işıqlanan zolaqla birləşiblər.Buna bənzər arxa işıqlar ilk dəfə Çin bazarında satılan Hyundai Santa Fe modelində debüt edib.
Şayiələrə görə, yeni nəsil Hyundai Sonata standart olaraq 2,5-litrik GDi mühərriki ilə təchiz ediləcəkdir. Avtomobilin mühərrik çeşidinə adi və məişət şəbəkəsinə qoşulan hibridlər, həmçinin sedanın «qaynar» N versiyasının 275 at qüvvəli 2,0-litrlik və ya 280 at qüvvəli 2,5-litrlik Theta-III ailəsindən olan aqreqat daxil ediləcəkdir.
Cari nəsil Hyundai Sonata modeli digər bazarlarda tərkibinə 156 at qüvvəli 2,0-litrlik mühərrik və 68 at qüvvəli elektromotor daxil olan hibrid güc qurğusu ilə təklif edilir. Qoşulan hibrid 12,9 kilovat-saatlıq batareyadan qidalanır və daxili yanacaq mühərrikini qoşmadan 75 kilometr qət etmək iqtidarındadır.