Audi şirkəti bu gün rəsmi olaraq yeni nəsil Q5 krossoverini təqdim etmişdir. Kütləvi nümayişi Paris avtosalonunda keçirilmiş krossover sələfindən 90 kiloqram yüngüldür. Audi Q5 krossoverinin ikinci nəsli MLB modul platformasında istehsal ediləcəkdir.

Yeni krossoverin qabarit uzunluğu 4,66 metr, eni 1,89 metr, hündürsüyü isə 1,66 metrdir. Audi Q5 modelinin təkər bazasının uzunluğu 2,82 metrə bərabərdir. İkinci nəsil Q5 krossoverinin baqaj bölümünün həcmi 550 litr təşkil edir. İkinci cərgənin oturacaqlarının önə çəkilməsi zamanı 60 litr əlavə məkan da əldə etmək mümkündür. Oturacaqların qatlanması halında baqaj bölümünün həcmini 1550 litrə çatdırmaq olar. İlk zamanlar Audi Q5 modeli dörd dizel və bir benzin mühərriki ilə təklif ediləcəkdir. Dizel mühərrikləri üç güc göstəricisinə - 160, 163 və 190 at qüvvəsinə malik olan 2,0-litrlik dörd silindirli güc areqatı ilə təmsil ediləcəkdir. Bundan əlavə, 386 at qüvvəsi və 620 Nm fırlanma anı olan 3,0-litrlik turbodizeli də sifariş etmək mümkündür.

Yeganə benzin mühərriki isə, Audi A4 və A6 modellərindən tanış olan 252 at qüvvəli 2,0-litrlik turbomühərrikdir. 2,0-litrlik mühərriklər altı pilləli mexaniki və ya yeddi pilləli S tronic «robotu» ilə birgə çalışacaqdırlar. Ən güclü dizel mühərriki isə səkkiz pilləli Tiptronic avtomat sürətlər qutusu ilə təchiz ediləcəkdir. Audi Q5 krossoveri quattro ultra yeni nəsil tam çəkiş sistemi ilə də təchiz edilcəkdir. Xatırladaq ki, yeni sistemdə qeyri-simmetrik Torsen differensialı çoxdiskli mufta ilə əvəzlənmişdir. 150 at qüvvəli mühərrikə malik olan krossover üçün isə, tam çəkiş sistemi əlavə avadanlıq olacaqdır.

Ən güclü dizel variantı isə Torsen differensialını qoruyub-saxlamışdır. Bundan əlavə, top-dizel modifikasiyası üçün arxa idman differensialını sifariş etmək olar.

İkinci nəsil Q5 krossoveri drive select sistemi vasitəsi ilə sərtliyi dəyişdirilən yay və amortizatorlarla yanaşı, beş quraşdırılmış klirensi seçmə rejimi olan pnevmatik asqı sistemi ilə də təchiz oluna bilər.

Xatırladaq ki, əvvəlki nəsil Audi Q5 krossoveri üçün pnevmatik asqı sistemi təklif edilmirdi.

Yeni krossoverin avadanlıq siyahısına  matrisa tipli ön fənərlər, qızdırlan multifunksional sükan çarxı, masaj funksiyalı oturacaqlar, salon işıqlandırmasının tənzimlənməsi, virtual cockpit cihazlar paneli, 8,3-düymlük sensorlu ekranı və taçpadı olan multimedia sistemi, 3D effektli Bang&Olufsen səs sistemi və arxa sərnişinlər üçün ön öturacaqların arxa hissəsində bərkidilən planşetlərdən ibarət əyləncə sistemi daxil edilmişdir. 

Avtomobilin elektron «köməkçilər» siyahısında adaptiv kruiz-kontrol, arxa hərəkət  zamanı yaxınlaşan avtomobil haqqında xəbərdarlıq edən sistem, mümkün toqquşmaları önləyən sistem, yol nişanlarını tanıyan və təcili əylənmə sistemi mövcuddur. 

Audi Q5 krossoverinin ikinci nəslinin Avropadakı satışlarına gələn ilin əvvəlində start veriləcəkdir. 163 at qüvəlli mühərrik, «robot» və tam çəkiş sistemi ilə təchiz edilən modifikasiya 45100 avroya satılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt