Audi şirkəti Paris avtosalonunda ilk dəfə olaraq RS3 indeksini almış yığcam sedanı təqdim etmişdir. Eyni zamanda Audi RS3 modelinin sedan variantı hetçbekə nisbətən daha güclü mühərriklə təchiz edilir.
Audi RS3 hetçbekinin də təchiz edildiyi 2,5-litrlik beş silindirli turbomühərrikin gücü 367 at qüvvəsindən 400 at qüvvəsinə qədər artırılmışdır. Yeddi diapazonlu robotlaşdırılmış sürətlər qutusu ilə birlikdə güc aqreqatı tam çəkişli «bərkgedən» sedanı 100 km/saat həddinə 4,1 saniyəyə sürətləndirir. Bu hetçbek modelində olduğundan 0,2 saniyə yeyindir. Avtomobilin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılsa da, əlavə ödəniş etməklə bu həddi 280 km/saata çəkmək mümkündür. Audi RS3 sedanı adi A3 sedanından 25 millimetr alçaqdır. Yeni sedan öndə 370 millimetrlik, arxa da isə 310 millimetrlik əyləc diskləri ilə təchiz edilmişdir. Əlavə ödənişlə ön karbon-saxsı əyləc mexanizmlərini də sifariş etmək mümkündür. Standart olaraq sedan 235/35 şinləri ilə 19-düymlük təkər diskləri ilə təchiz edilir. Opsional olaraq ön ox üçün 255/30 şinlərini də sifariş etmək olar.
Audi RS3 sedanının təchizatına Nappa dərisi ilə örtülmüş idman oturacaqları və yeddi düymülük sensorlu ekranı olan multimedia sistemi daxildir. Əlavə ödənişlə virtual cockpit rəqəmsal cihazlar panelini də əldə etmək olar. Avtomobilin ABŞ və Çindəki satışlarına 2017-ci ilin yayında başlanacaqdır.