BMW şirkəti dünən qapılarını media nümayəndələri üçün açmış Paris avtosalonunda gələcək X2 krossoverinin prototipini nümayiş etdirmişdir. Alman istehsalçısı avtomobil haqqında məlumat verməkdən imtina etmişdir.
KİV-lərin əldə etdiyi məlumata görə, X2 konseptinin qabarit uzunluğu 4439 millimetr, eni - 1821 millimetrŞ hündürlüyü isə 1598 millimetrdir. Beləliklə, konsept BMW X1 modeli ilə bənzər uzunluğa və enə malik olsa da, ondan 14 millimetr alçaqdır. BMW X2 konseptinin seriya variantı alman markasının UKL öndən çəkişli platformada istehsal ediləcək ikinci krossover olacaqdır. Xatırladaq ki, bu platformadan X1 və 2-Series Acrive Tourer, həmçinin Mini modellərinin istehsalında istifadə edilir. Gələcəkdə bu platforma yeni nəsil Countyman modelinin əsasını təşkil edəcəkdir.
Böyük ehtimalla BMW X2 modelinin seriya istehsalına 2018-ci ilin ikinci rübündə başlanacaqdır. X2 modeli 191 at qüvvəli 2,0-litrlik benzin turbomühəriki və 150,190 və 230 at qüvvəsi olan eyni həcmli dizel mühərrikləri ilə təklif ediləcəkdir. Transmissiyalar - altı pilləli «mexanika» və «avtomat» olmalıdır. Avtomobil həm öndən çəkiş, həm də tam çəkiş sistemi ilə təklif ediləcəkdir. Krossoverin «qaynar» M Performance variantının olacağı da istisna edilmir. Bu avtomobil 300 at qüvvəsi gücü olan 2,0-litrlik benzin turbomühərriki ilə təchiz ediləcəckdir.