BMW şirkəti Paris avtosalonunda Garage Italia Customs tüninq atelyesi ilə birgə işi olan i3 və i8 modellərinin konseptual variantlarını təqdim etmişdir. Bildiyimiz kimi, Garage Italia Customs şirkəti Fiat konserninin keçmiş top-meneceri Lapo Elkanna aiddir.

Garage Italia Customs tərəfindən hazırlanmış i3 və i8 modelləri CrossFade adını, həçminin, kuzovun puantilizm üslubunda boyanmasını əldə etmişdir. Kuzovun boyanmasında mavi və boz çalarlardan istifadə edilmişdirlər. XIX əsrdə Fransada yaranmış bu cərəyan, düzgün formalı yaxmadan istifadəni və rənglərin qarışdırılmasından imtinanı nəzərdə tuturdu. BMW i8 modelinin boyanması zamanı mütəxəssislər üçbucaq formalı yaxmadan istifadə etmişdilərsə, i3 modeli üçün yumru formalı yaxma seçilmişdir. Bundan əlavə, boyama rəng keçidinin istiqamətinə görə də seçilir: i8 modelində rəng ufuqi istiqamətdə mavidən boza, i3 modelində isə istiqamət şaquli götürülmüşdür. Avtomobillərin interyerinin tərtibatında da analoji sxemdən istifadə edilmişdir. Alman istehsalçısı prototiplərin seriya variantlarının 2017-ci ildə buraxılacağını bildirmişdir.