Ferrari şirkəti beynəlxalq Paris avtomobil sərgisində LaFerrari modelinin Aperta (italyancadan tərcümədə “açıq” deməkdir) adını almış açıq modifikasiyasını təqdim etmişdir. Məşhur italyan istehsalçısı superkarı iki müxtəlif növ tavan ilə təklif edir.

Ferrari LaFerrari Aperta modelini həm yumşaq tavan örtüyü, həm də karbondan hazırlanmış çıxarıla bilən damla sifariş etmək mümkündür. İtalyan istehsalçısının mühəndisləri avtomobilin xarakteristikalarını kupe modifikasiyasına uyğunlaşdırmaq üçün modelin şassi və aerodinamikasını təkmilləşdirmişdirlər.Bununla belə, superkarın güc aqreqatı dəyişilməz olaraq qalır. Ferrari LaFerrari modeli tərkibinə 6,3-litrlik atmosfer tipli V12 mühərriki, 120 kilovatlıq elektromotor və litium-ion akumulyatorlar dəsti və yeddi pilləli robotlaşdırılmış sürətlər qutusu daxil olan güc qurğusu ilə hərəkətə gəlir. Bu qurğunun ümumi gücü 963 at qüvvəsi təşkil edir.

Bloomberg agentliyinin verdiyi xəbərə görə, Ferrari LaFerrari Aperta modelinin bütün tirajı artıq satılmışdır. 200 ədəd nüsxədə buraxılacaq avtomobilin hər birinin satış qiyməti 2,1 milyon dollardır. Digər bir məlumata əsasən isə, superhibridin dəyəri 3,5 milyon avro olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt