Yaponiyanın Sony şirkətinin keçmiş başçısı Nobuyuki İdei tərəfindən yaradılmış GLM şirkəti Paris avtosalonunda Roadyacht GTS konseptual kabrioletinin yeni variantını təqdim etmişdir. Əslində bu prototip 2009-cu ildə hollandiyalı tələbələr tərəfindən təqdim edilmişdir. Sonradan lahiyənin hüquqlarını GLM şirkəti əldə etmişdir.

Konseptin əsas xüsusiyyətlərindən biri yuxarı istiqamətdə açılan qapılardır. GLM şirkəti şou-karın zahiri görkəminə dəyişiklik edərək onu iki elektromotorla təchiz etmişdir. Elektrik mühərriklərinin ümumi gücü 540 at qüvvəsinə, fırlanma anı isə 1000 Nm-ə bərabərdir. Yerindən 100 km/saat həddinə kimi konsept 3,7 saniyəyə sürətlənir. GLM nümayədələrinin bildirdiyinə görə, elektromobil 400 kilometr məsafə qət etmək iqtidarındadır. Bu konseptin gələcək perspektivləri barədə heç bir məlumat verilməmişdir. Hal-hazırda GLM şirkəti 305 at qüvvəli elektromotorla təchiz edilmiş Tommykaira ZZ EV modelini təklif edir.

Image alt Image alt Image alt Image alt Image alt