Hyundai şirkəti bu gün işinə başlayan Paris avtosalonunda WRC çempionatında çıxış etmək üçün nəzərdə tutlmuş Hyundai RN30 Concept “döyüş bolidini” təqdim etmişdir. Bu avtomobil Cənubi Koreya istehsalçısının idman avtomobilləri hazırlayan N bölümünün ilk məhsuludur.

Təsvirlərdən də göründüyü kimi, ralli avtomobili genişləndirilmiş kuzov ölçülərinə malikdir. Bazasında hazırlandığı Hyundai i30 hetçbekinə nisbətən RN30 Concept bolidi 30 millimetr daha enlidir. Buna kompozit materiallardan hazırlanmış yeni qanadlar,  splitter quraşdırılmış və iri hava girişləri olan ön bamper,  arxa diffuzor quraşdırılmış arxa bamper,  kandarlar və iri arxa spoyler sayəsində  nail olunmuşdur. Bundan başqa, sportprototip yüngülləşdirilmiş 19-düymlük təkər diskləri ilə də təchiz edilmişdir. Hyundai RN30 bolidi 380 at qüvvəsi və 451 Nm fırlanma anı olan 2,0-litrlik dprd silindirli turbomühərriklə hərəkətə gəlir.

Güc aqreqatı iki muftalı sürətlər qutusu ilə birgə çalışır. Hyundai i30 modelindən fərqli olaraq RN30 tam çəkişlidir və elektron özüqapanan differensiala malikdir. 

Avtomobilin çəkisinin azaldılması üçün onun istehsalında BASF şirkəti ilə birlikdə hazırlanmış gücləndirilmiş karbonpalstidən istifadə edilmişdir. Bununla belə, koreyalılar avtomobilin çəkisi barədə məlumat verməmişdirlər. Əvvəllər də bildirildiyi kimi, N bölümü Hyundai i30 modelinin ümumi yollar üçün nəzərdə tutlan “qaynar” variantını hazırlayacaqdır. Gələn il işıq üzü görəcək “qaynar” hetçbek öndən çəkiş sistemi və altı pilləli mexaniki sürətlər qutusu ilə təchiz ediləcəkdir.

Tam çəkişlə və avtomatik sürətlər qutusu ilə təchiz edilmiş variantın buraxılacağı da istisna edilmir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt