Lexus şirkəti Paris avtosalonunda kinetik oturacaqlarla təchiz etdiyi yığcam UX krossoverinin konseptual variantını təqdim etmişdir. Xatırladaq ki, kinetik kreslolar ekoloji materiallardan və sisntetik hörümçək ipəyindən hazırlanmış xüsusi örtüyə malikdirlər.
Lexus UX Concept yapon istehsalçısının Fransanın cənubunda yerləşən Avropa dizayn-studiyası tərəfindən işlənib-hazırlanmışdır. Prototip Lexus markasına xas olan iri radiator barmaqlığını, iri təkər disklərini, tündləşmə imkanı olan elektroxrom pəncərələrə və hərəkətin əksi istiqamətinə açılan arxa qapılara malikdir. Avtomobilin yan güzgüləri görüntüləri salondakı monitorlara ötürən kameralarla əvəz edilmişdir. Konseptin interyeri vizual olaraq iki yerə bölünmüşdür. Öndə «sürücüyə ünvanlanan idman abu-havası», arxa da isə «iki ağ divandan ibarət rahatlıq məkanı» yaradılmışdır. Yapon istehsalçısı avtomobilin texniki tərəfi barədə heç bir məlumat verməmişdir. Çox güman ki, prototip ya hibrid, ya da tamamilə elektrik güc aqreqatına malikdir. Böyük ehtimalla bu prititpin seriya variantı yapon istehsalçısının model cərgəsində CT 200h modelini əvəzləyəcəkdir.