Mitsubishi şirkəti Paris avtosalonunda nümayiş etdirəcəyi GT-PHEV konseptinin fotoşəkillərini və konsept haqqında texniki məlumatı dərc etmişdir. Xatırladaq ki, bu konsept haqqında il məlumat sentyabr ayının ortalarına dərc edilmişdir.
Mitsubishi GT-PHEV konseptual krossoveri hər birinin gücü 120 at qüvvəsi olan üç elektomotorla təchiz edilmişdir. Bunlardan birincisi ön oxun üzərində, digər ikisi ilə arxa oxda yerləşdirilmişdir. Bundan başqa, güc aqreqatının tərkibinə 2,5-litrlik benzin mühərriki və döşəmənin altında yerləşdirilmiş tutumu 25 kilovatt-saat olan batareyalar dəsti daxildir.
Elektrik mühərrikləri konsepti 120 km/saat həddinə qədər sürətləndirməyə qadirdilər. Dolu batareyalar və yanacaq çəni ilə avtomobil 1200 kilometr məsafə qət etmək iqtidarındadır. Bundan əlavə, prototip avtomatik tənzimlənən dirəkləri olan radiator barmaqlığını, yan güzgüləri əvəz edən kameraları və panoram tavanı əldə etmişdir.
GT-PHEV prototipi hava şəraitinə və GPS sisteminin məlumatları əsasında enerji sərfiyyatını optimallaşdıran sistem ilə də təchiz edilir. Konseptin gələcək taleyi naməlum olaraq qalır. Prototipin yapon istehsalçısının gələcək elektik krossoverinin carçısı olduğu da söylənilirdi.