Porsche şirkəti işinə başlamış beynəlxalq Paris avtomobil sərgisində 911 GT3 Cup modelinin yeni nəslini təqdim etmişdir. Yeni yarış avtomobili Panamera 4-E Hybrid modeli ilə birlikdə nümayiş etdirilmişdir.

Sportkar dörd litr iş həcmi olan birbaşa çiləmə sistemi ilə təchiz edilmiş altı silindirli oppozit mühərriki ilə hərəkətə gəlir. Mühərrik 485 at qüvvəsinə malikdir. Xatırladaq ki, bundan öncə Porsche 911 GT3 Cup modelində 460 at qüvvəsi gücü olan 3,8-litrlik mühərrik quraşdırılırdi. Yarış avtomobilinin həmçinin, kuzovunun ön və arxa hissələri dəyişdirilmişdir ki, bu da 911 GT3 Cup modelinin yerəbasma gücünü artırmağa imkan yaratmışdır.  

Bununla belə, avtomobil sələfindən 184 santimetr eni olan arxa antiqanadı və mərkəzi bərkitməli 18-düymlük təkər disklərini almışdır. Bundan başqa, 1200 kiloqramlıq avtomobil sürücünü baş və çiyin hissəsində daha yaxşı müdafiə edən kreslo və damda quraşdırılmış iri xilasedici lyuk əldə etmişdir.

Porsche 911 GT3 Cup modelinin yeni nəsli 2017-ci ildən başlayaraq yarışlarda iştirak edəcəkdir. Buna misal oalaraq Formula 1 çempionatının mərhələlərinin dəstək seriyası olan Porsche Mobil 1 Supercup çempionatını göstərmək olar. Porsche 911 GT3 Cup modelinin buraxılışı şirkətin Ştutqartdakı zavodunda avtomobilin ümumi yollar üçün nəzərdə tutulmuş modifikasiyası buraxılan konveyerdə təşkil ediləcəkdir. İndiyənə qədər Porsche 911 GT3 Cup modelindən 3031 ədəd istehsal edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt