Renault şirkəti Trezor adlı elektrik sportkarının prototipini təqdim etmişdir. Paris avtosalonunda debüt edəcək prototip Formula-E çempionatında fransız istehsalçısını təmsil edən Renault e. Dams komandasının bolidində istifadə edilən elektrik mühərriki ilə təchiz edilmişdir.

Elektromotor 350 at qüvvəsi gücə və 380 Nm fırlanma anına malikdir. Yerindən 100 km/saat sürətini Renault Trezor dörd saniyədən az bir müddətə toplayır. Elektrik mühərriki avtomobilin ön və arxa hissələrində yerləşdirilmiş batareyalar dəstindən qidalanır.

Hər bir dəstin özünə məxsus soyutma sisteminə malikdir. Bundan başqa, prototip Formula-E bolidləri üçün işlənib-hazırlanmış enerjinin rekuperasiyası sistemi ilə də təchiz edilmişdir.

Renault Trezor sportkarının qabarit uzunluğu 4700 millimetr, eni 2180 millimetr, hündürlüyü isə 1080 millimetr təşkil edir.

Konseptin çəkisi 1600 kiloqrama bərabərdir. Sportkar öndə 21, arxada isə 22 düymlük təkər diskləri ilə təchiz edilmişdir. Trezor elektromobilinin aerodinamik müqavimət əmsalı 0,22-yə bərabərdir.

Sportkarın kuzov panelləri karbondan hazırlanmışdır. Bununla belə, avtomobil ənənəvi qapılara malik deyildir. Sportkarın salonuna daxil olmaq üçün onun yuxarı hissəsini təşkil edən açılan damını qaldırmaq gərəkdir. Trezor prototipinin interyeri Renault və KEİM-cycles şirkətinin birgə məhsuludur.

Sonuncu şirkət velosipedlər üçün taxtadan ramalar hazırlamaqla məşğuldur. Prototip Formula 1 bolidlərinin sükanını xatırladan üçbucaq formalı sükan çarxı ilə təchiz edilmişdir. Bu sükanın üzərində üç monitor yerləşdirilmişdir.

Renault Trezor modelinin təchizatına avtonom idarəetmə sistemi, Corning Gorilla Glass şüşəli OLED-monitorlar və anında smartfonu tanıyan sistem daxil edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt