Seat şirkəti tarixində ilk krossoveri olan Ateca modelinin yolsuzluq şəraitində istifadə üçün nəzərdə tutulmuş prototipini təqdim etmişdir. Seat Ateca X-Perience adını almış konseptin kütləvi nümayişi qarşıdan gələn Paris avtosalonunda keçirilməlidir.
Prototip, adı krossoverdən yeni bamperlər, kuzovun müdafiə qurşağı, 18-düymlük xüsusi təkər diskləri, yüksək profilli şinlər və kuzovun xüsusi rəngi ilə seçilir. Krossoverin interyerində narıcı tikişləri, zamşa ilə örtülmüş oturacaqları, kandarların alüminium lövhəciklərini, rezindən ayaqaltıları, həmçinin XP və X-Perience loqotiplərini müşahidə etmək olar. Seat Ateca X-Perience 190 at qüvvəsi gücü və 400 Nm fırlanma anı olan 2,0-litrlik dizel mühərriki və yeddi pilləli ikimuftalı robotlaşdırılmış sürətlər qutusu ilə təchiz edilmişdir. Konseptin avadanlıq siyahısına zolaqlara nəzarət, adaptiv kruiz-kontrol, 8-düymlük sensorlu ekranı olan və Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən Seat Full Link multimedia sistemi daxildir. Konseptin seriya modelinə çevriləcəyi barədə istehsalçı tərəfindən heç bir məlumat verilməmişdir.